Azərbaycanda daha bir həkim məsuliyyətsizliyi qeydə alınıb
Tarix: 18-03-2015, 15:15 | Çap et
Azərbaycanda daha bir həkim məsuliyyətsizliyi qeydə alınıb
Azərbaycanda burnundan plastik əməliyyat olunmaq istəyən tələbə qız dünyasını dəyişib.

Vertikal.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı dünən özəl klinikalardan birində - “StarMed”də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Mərhumun həkiminin cərrah Sənan Mehdiyev olduğu bildirilib.

Kollecdən L.Mürsəlovanın ölüm faktını təsdiqləyiblər.

Kollecdən Trend-ə deyilib ki, rus bölməsində maliyyə ixtisası üzrə 94-cü qrupda təhsil alan L.Mürsəlova III kurs tələbəsi olub. O, bu il məktəbi başa vuracaqdı. Kollecdən də L.Mürsəlovanın narkoz verilən zaman dünyasını dəyişdiyi bildirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə deyib ki, faktla bağlı nazirliyə hər hansı rəsmi məlumat daxil olmasa da, məsələ araşdırılacaq. Müvafiq məlumatlar daxil olduqdan sonra Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən ekspertiza həyata keçiriləcək. Bundan sonra isə Səhiyyə Nazirliyi faktla bağlı tədbirlər görə bilər.

Məsələ ilə bağlı əlaqə saxladığımız Samir Mehdiyev əvvəlcə danışdığımız şəxsin onun özü olduğunu təsdiqləsə də, sualımızı eşitdikdən sonra “danışan Samir müəllimin köməkçisidir, siz bir saatdan sonra əlaqə saxlayın” deyərək telefon əlaqəsini dayandırdı. Sonradan dəfələrlə zəng etməyimizə baxmayaraq, S.Mehdiyev telefona cavab vermədi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net