Yanvar ayında Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsinin 7 üzvünü qətl etməkdə günahkar bilinən rus əsgər Valeri Permyakov üçün əla şərait yaradılıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanda dərc olunan “Joxovurd” qəzeti məlumat verib.
Qəzetin yazdığına görə, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının əsgəri hazırda hospitaldadır. Qəzetin verdiyi məlumata görə, onun üçün hospitalda xüsusi şərait yaradılıb.
Adının gizli saxlanmasını istəyən mənbənin verdiyi məlumata görə, Permyakov üçün hərbi bazanın hospitalında nevropatoloq kabineti yaradıblar. “Keçmişdə bu cür şəraitdə xidmət keçənlər üçün bu cür xüsusi şərait yaradılmayıb, hamı tibbi yardımı bərabər şərtlərlə alıb. Ancaq Permyakovu hospitalda ayrıca saxlayırlar və onun üçün xüsusi şərait yaradıblar”, - deyə “Joxovurd” vurğulayır.