“İnşallah, Qarabağı azad etdikdən sonra da bu cür təntənəli mərasim keçirəcəyik”
Tarix: 18-03-2015, 14:31 |
Çap et
“Azərbaycan bizim canımızdır, canımız Azərbaycana qurban olsun”.
Bu sözləri Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunmuş rəsmi mərasimdə APA-nın Türkiyə müxbirinin “Azərbaycana hansı mesajı vermək istərdiniz?” sualına cavabında baş nazir Əhməd Davudoğlu deyib.
Ə. Davudoğlu əlavə edib ki, belə tədbirlərdə hər iki ölkə hər zaman bir yerdə olmalıdır: “İnşallah, Qarabağı azad etdikdən sonra da bu cür təntənəli mərasim keçirəcəyik”.
Xatırladaq ki, Türkiyədə I Dünya müharibəsi zamanı baş vermiş Çanaqqala savaşında qələbənin 100-cü ildönümü qeyd edilir.