Bakıda 12 nəfər tonqalda yandı
Tarix: 18-03-2015, 12:27 | Çap et
Bakıda 12 nəfər tonqalda yandı
Ötən axşam Bakıda bayram tonqalında 12 nəfər yanıb.

ANS PRESS-in məlumatına görə. Hadisə paytaxtın müxtəlif ərazilərində qeydə alınıb.

Xəsarət alanların bəziləri tonqalın üstündən tullanarkən yanıblar. Bəziləri isə tonqalın yanında oddan çıxan qığılcım nəticəsində xəsarət alıblar.

Tonqalda yananlardan 2 nəfəri 10 yaşlı uşaqdır. Hadisənin biri Əhmədli qəsəbəsində qeydə alınıb. Orada qalanan tonqaldan tullanarkən 10 yaşlı uşaq xəsarət alıb. Onu xəstəxanaya yerləşdiriblər.

Digər hadisə isə Qubustan rayonunda qeydə alınıb. Burada da 10 yaşlı şəxs tonqaldan tullanarkən xəsarət alıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net