Mirvari Qəhrəmanlı: Azəriqaz işçilərə bayram hədiyyəsi etdi
Tarix: 18-03-2015, 11:36 |
Çap et
"Azəriqaz" ixtisarlara başlayır. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib:
"Azəriqaz növbəti dəfə ölkə qanunvericiliyini pozdu. Bu dəfə ARDNŞ-nin köməkliyi ilə. Belə ki,bir neçə gün əvvəl Bakının 11 rayonunun QİS-nin işçilərinə ixtisar barədə bildiriş verildi.Sonra həmin bildirişlər geri götürüldü.Dünən(17.03)Azəriqazda başqa formada ixtisarlar başladı. İşçilərə bildiriblər ki, işdə saxlanılmaq üçün imtahan verməlidirlər."
Ekspert onu da əlavə edib ki, ixtisarlar və struktur dəyişikliyi zamanı işçilərin imtahana cəlb edilməsi qanunsuzdur: "Bu qərəzli surətdə Əmək Məcəlləsinin 77,78 və 79-cu saymayan Azəriqaz məsullarının qanunsuz əməlləridir."