“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
Tarix: 18-03-2015, 11:28 | Çap et
“Azərişıq” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
“Azərişıq” ASC-nin əməkdaşları adi günlərdə olduğu kimi, bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar.

“Azərişıq” ASC-nin Mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar ASC-in sədri Baba Rzayev tərəfindən xüsusi tapşırıq imzalanıb.

Belə ki, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirləri keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi təmin ediləcəkdir. Elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə “Azərişıq” ASC-nin Mərkəzi aparatı və Rayon enerji təchizatı və satışı idarələri üzrə təşkil olunmuş növbətçilik üzərində nəzarət gücləndiriləcəkdir. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günləri tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması təmin ediləcəkdir.

Abonentlər istər şəhərlərdən, istərsə də rayonlar, qəsəbə və kəndlərdən yarana biləcək hər hansı problem ilə əlaqədar 199 saylı telefonla ”Qəza Xidməti”nə məlumat vermələri xahiş olunur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net