30 yaşlı gənc ölüm ayağında: YARDIMA EHTİYACI VAR
Tarix: 18-03-2015, 11:19 |
Çap et
1985-ci il təvəllüdlü Namiq Elşad oğlu Kərimovun təcili əməliyyata ehtiyacı var. JAM.AZ xəbər verir ki, iki uşaq atası olan Namiqin həyatı təhlükədədir və ağ ciyərində xəstəlikdən dolayı parçalanma gedir.
Yaxınlarının bildirdiyinə görə, ona süni ağ ciyər qoyulmalıdır və bir əməliyyatla Namiq Kərimov sağlam həyata qayıda bilər.
Qeyd edək ki, 6 nəfərlik ailəni (xəstənin atası, anası, həyat yoldaşı və 2 uşağı-red.) yalnız xəstənin qardaşı təmin edir. «Hamımız bilirik ki, dərmanlar necə bahadır. Gəlin heç olmasa bacardığımız qədər yardımçı olaq. Çalışaq iki az yaşlı körpə atasız qalmasın».
Onu da bildirək ki, Namiqin bu vəziyyətə düşməsinin səbəbi həkimin səhv diaqnoz qoyması olub. Belə ki, ilkin mərhələdə həkim ona vərəm diaqnozu qoyub. Nəticədə səhv müalicə aparılıb ki, bu da hazırkı vəziyyətə gətirib çıxarıb. «Ağciyərin parçalandıqca axan çirkli qan laxtasını çəkib çıxarmaq üçün qarnında dəlik açılaraq, şlanq qoyulub. Artıq bir neçə ildir ki, bu şlanqla yaşayır. Son 3 gündə isə vəziyyəti kəskin pisləşib. Ağrılarının şiddətlənməsi səbəbindən dünən qanaxma baş verib və huşunu itirib. Həkimlərin tibbi müdaxiləsi nəticəsində özünə gəlib».
Ailə üzvləri Namiq Kərimova yardım edilməsini istəyir. Bununla əlaqədar, ediləcək yardımların «Milli Ön» aparatları vasitəsi ilə «Bank Standart»ın hesabına, 432718 koduna gönədərilməsini arzu edirlər. Həmin hesab xəstənin anası Xanımnisə İslam qızı Kərimovanın adınadır. Bundan əlavə, xəstənin qardaşı Natiq Kərimovla əlaqə saxlamaq istəyənlərin də (051) 533 88 12 telefonu ilə əlaqə saxlamalarının mümkünlüyünü ifadə edirlər.