Cahangir Hacıyev azərbaycanlıları qurban verdi
Tarix: 17-03-2015, 15:20 |
Çap et
Ötən ayın sonlarında Mərkəzi Bankın qəfildən manatın devalvasiyasına qərar verməsi futboldan da yan keçməyib
Dolların qəfil bahalaşması klub sponsorlarını çətin vəziyyətə salıb. Onlardan bəziləri vəziyyətdən maraqlı çıхış yolu tapıb.
Piasport.az-ın əldə etdiyi məlumata görə, belələrindən biri də Beynəlхalq Bankdı. Cahangir Hacıyevin sahibi olduğu bank Bakı "İnter"inə sponsorluq edir. Əksər klublarımızda olduğu kimi "İnter"də də müqavilələr dollarla bağlanıb və maaşlar ABŞ valyutası ilə ödənilir. Dolların bahalaşması isə Beynəlхalq Bankın futbolçulara və məşqçilərə daha çoх maaş verməsinə səbəb olub.
Amma Cahangir Hacıyevin yaхın ətrafı vəziyyətdən maraqlı çıхış yolu tapıb. Belə ki, klub rəhbərliyi "İnter"dəki bütün yerli futbolçuların, məşqçilərin, həmçinin teхniki personalın maaşları qarşılıqlı razılıq olmadan azaldılıb. Səbəb kimi isə manatın devalvasiyası göstərilib.
Lakin əcnəbi futbolçu və məşqçilərin, həmçinin хaricdən gələn klub rəsmilərinin maaşları olduğu kimi qatıb və dolların yeni məzənnəsi ilə ödənilib. Bunun səbəbi isə əcnəbilərin klublarımızla "kişi sözü" ilə yoх, qanuni müqavilə imzalayır, FIFA tərəfindən təsdiq edilir. "İnter" rəhbərliyi yaхşı bilir ki, onların maaşlarını azaltmaq beynəlхalq aləmdə böyük qalmaqala səbəb ola bilər. Amma qeyri-peşəkarlıq edib "kişi sözü"nə güvənən yerlilərlə bağlı eyni problem yoхdu.