Rektorun qızını döyənlərin kimliyi bəlli oldu
Tarix: 17-03-2015, 15:17 | Çap et
Rektorun qızını döyənlərin kimliyi bəlli oldu
Bakıda Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxs onun sevgilisi olub.
Rektora yaxın mənbələrdən aznews.az-a verilən məlumata görə, Ülkər İsayeva ona fiziki zor tətbiq edən Zaur Məmmədovla 3 aya yaxın bir müddətdir ki, sevgilidirlər. Ülkər İsayevanın İnstagramda Zaurla birlikdə paylaşdığı şəklinin altına yazılan rəylər də faktı təsdiqləyir.

Məlumat üçün bildirək ki, Ülkər İsayeva tanınmış həkim Tərlan Əhmədzadənin gəlini olub. O, Aydın Əhmədzadə ilə 2014-cü ilin yayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə boşanıb. Onların bir qız övladı var.

Ülkər İsayevaya qarşı xoşagəlməz hadisə martın 14-də baş verib. Onu hazırda Rusiyada yaşayan azərbaycanlı iş adamı Muxtar Məmmədovun oğlanları Zaur və Elin Məmmədovlar döyüblər. Məlumata görə, Muxtar Məmmədovun özü eks-deputat, 1996-cı ildə güllələnərək öldürülən Əli Ansuxskinin şəriki olub.
Muxtar Məmmədovun kriminal aləmdə ciddi nüfuz sahibi olduğu iddia edilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net