Göyçayın icra başçısının həbsə atdırdığı tanınmış məhbus aclıq aksiyası keçirir
Tarix: 16-03-2015, 17:41 |
Çap et
Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov aclıq aksiyası keçirir.
Bu barədə Moderator.az -a Taleh Xasməmmədovun anası məlumat verib. O bildirib ki:
"Oğlum Taleh bu gün təxminən saat 13 radələrində zəng edib bildirdi ki, 1 həftə bundan əvvəl ona qarşı edilən qanunsuzluğa, işgəncəyə etiraz olaraq qollarını kəsdiyi üçün onu 2 saylı İstintaq Təcridxanasından Məştağada yerləşən 1 saylı Rui-Əsəb Xəstəxanasına gətirib 5 gün dəlilərlə bir yerdə saxlayıblar.Bundan sonra Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. 2 gündür ki, Müalicə Müəssisəsindədir.Hazırda isə qanunsuzluğa, özbaşınalığa etiraz olaraq aclıq edir.Bu dəqiqələrdə Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansının üzvüləri Talehlə görüşmək üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə getsələrdə əsassız olaraq görüşə icazə verilmir ki, onlar Talehin hansı vəziyyətdə olmasını görüb ictimailəşdirməsinlər.Hazırda orada görüşmək istəyən Alyansın üzvüləri mənə bunu telefonla zəng edib bildirdilər. Bir ana kimi bundan çox narahatam, bunlar Talehi öldürmək istəyirlər. O ağır xəstədir.
Xatırladım ki, 24.02.2015-ci il tarixdə maqazindən çıxıb maşına əyləşmək istəyəndə qondarma zərərçəkən Zahir adlı şəxs anı olaraq qəfil Talehə yaxınlaşıb üzünə tüpürdü , yaxasından yapışıb yıxıldı yerə və Talehi də yıxdı öz üstünə.Başladı həyasızcasına qışqırmağa. İki dəqiqə çəkmədi iki maşın polislər ora gəldlər Talehi həbs etdilər. Həmin Zahir adlı şəxs polisin "işverənidir" çoxlu sayda cinayət işində şahid və zərərçəkən kimi iştirak edib .Talehin barəsində AR.CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanılıb.Həbs qəti imkan qərarından verilən apellyasiya şikayətinin təmin edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsi 06 mart 2015-ci iltarixdə qərar çıxartmışdır.Həbs edilməmişdən iki ay əvvəl Talehi İranda müayinə edən həkimlər ciddi xəstə olmasını və müalicə olunmasa ölə biləcəyini bildiriblər. Hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində qanunsuzluğa, özbaşınalığa etiraz olaraq aclıq edir."