Lavrov Tiflis ermənisi imiş (FOTO)
Tarix: 16-03-2015, 16:26 | Çap et
Lavrov Tiflis ermənisi imiş (FOTO)
Sosial şəbəkədə erməni istifadəçilər Rusiya xarici işlər naziri Sergey Lavrovun Tiflisdə anadan olmuş Kalantaryan soyadlı erməni olduğunu iddia etməyə başlayıblar.

ANS PRESS-in məlumatına görə, bu, Sergey Lavrov barədə təqdim edilən rəsmi məlumatlardan çox fərqlənir. Rəsmi məlumatlara görə, Sergey Lavrov 1950-ci il martın 21-də Moskvada anadan olub, milliyyətcə rusdur.

Amma erməni mənbələrinin iddiasına görə, onun ilkin soyadı Kalantaryandır və 1950-ci ildə Tiflisdə Ararat küçəsində anadan olub. Onun hətta Tiflisdə 93 saylı məktəbə getdiyi iddia edilir. Ermənilərin iddiasına görə, daha sonra atası ilə anası boşandığına görə, Sergeyin ailəsi Moskvaya köçüb və o, anasının yeni ərinin soyadına keçib.

Lavrov Tiflis ermənisi imiş (FOTO)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net