Cavid Qurbanov Rusiya və Gürcüstandan nə xahiş edib?
Tarix: 16-03-2015, 13:30 | Çap et
Cavid Qurbanov Rusiya və Gürcüstandan nə xahiş edib?
Bu ilin martın 11-dən dəmir yolunda beynəlxalq sərnişin daşımalarında tariflər təxminən 25% artıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bu artım Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, beynəlxalq sərnişin daşımalarında İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilib.

“Azərbaycan Dəmir Yolları” QSC bununla əlaqədar olaraq, “Rusiya Dəmir Yolları” ASC-yə və Gürcüstan Dəmir Yollarına beynəlxalq sərnişindaşıma tariflərinin aşağı salınması barədə müraciət edib.

Yaxın günlərdə qiymətlərin endirilməsi məsələsinin həll olunacağı gözlənilir.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri deputat Cavid Qurbanovdur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net