Elməddin meyxanaçılara meydan oxudu
Tarix: 16-03-2015, 13:26 | Çap et
Elməddin meyxanaçılara meydan oxudu
Məşhur yumoristik aktyor meyxanaçılara meydan oxudu

ANS PRESS-in məlumatına görə, ANS telekanalında yayımlanan "A-dan Z-yə" şousunun son buraxılışı maraqlı məqamlarla yadda qalıb.

Bu dəfəki verilişin qonaqları meyxanaçı Rəşad Dağlı, onun sənət dostu Pərviz Bülbülə və yumorist aktyor Elməddin olub. Aktyor zarafatla da olsa bəzi meyxanaçılardan yaxşı meyxana deməyi bacardığını iddia edib.

Rəşad Dağlı ilə deyişməyə hazır olduğunu bildirəndə, meyxanaçı buna etiraz etməyib və onlar öz məharətlərini göstərməyə başlayıblar. Verilişi izləyənlər Elməddinin aktyorluqla yanaşı meyxanaçı qabiliyyətinin olduğunun şahidi olublar.

"Meyxana ocağı mənəm, yoxsa sən? Sözün xiridarı, mənəm yoxsa sən?" qafiyəsini tutaraq bir neçə dəqiqə dayanmadan Rəşadlə söz duelinə çıxıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net