Məşhur meyxanaçı və müğənni arasında qalmaqal
Tarix: 16-03-2015, 12:38 |
Çap et
Məşhur meyxanaçı Rəşad Dağlı və müğənni Xatun arasında qalmaqal yaşanıb.
ANS PRESS-in məlumatına görə, ANS telekanalında yayımlanan "A-dan Z-yə" verilişinin son buraxılışının qonağı meyxanaçı Rəşad Dağlı olub. Müğənni Xatun Əliyeva meyxanaçılar barədə proqramdan öncə verdiyi müsahibə zamanı onları bəyənmədiyini bildirib:
"Ümumiyyətcə meyxanaçı dostum yoxdur, nə də mən belə bir insanı sevə bilmərəm. Onların danışıq tərzləri, özlərini aparmaqları xoşuma gəlmir. Meyxana deyərkən kobud sözlərdən istifadə edə bilərlər, amma heç olmasa adi həyatda və ya qadınlarla belə ünsiyyət qurmasınlar, buna görə mən onlarla yaxınlıq etmirəm".
İfaçının bu sözləri Rəşad Dağlını özündən çıxarıb və Xatunun cavabını verib. Daha sonra isə ümumiyyətcə bu mövzuda danışmağı özünə yaraşdırmayıb:
"Bu Xatunun fikirləridir, amma o bunu belə kobud şəkildə bildirməli deyildi. Ən azından meyxana bizim qədim sənətdir, onun bu fikirləri mənimlə yanaşı digər söz ustadları tərəfindən də yaxşı qəbul edilməyəcək".