5 şadlıq evinin fəaliyyəti dayandırıldı
Tarix: 16-03-2015, 12:35 | Çap et
5 şadlıq evinin fəaliyyəti dayandırıldı
Cari ilin fevral ayı ərzində Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 80 müəssisənin sahibi inzibati qaydada cərimələnib

Bu barədə Report-a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, 5 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib: "Həmçinin, 7 nəfər işdən müvəqqəti kənarlaşdırılıb, 2 iş istintaqa göndərilib. Bundan başqa, keçən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 377 yeyinti məhsulundan, toksikoloji 23 məhsuldan nümunə götürülüb.

Bakterioloji məhsullardan götürülən 263 nümunədən 2 qeyri-kafi nəticə əldə olunub. Şadlıq evlərindən isə 1267 yaxma nümunəsi götürülüb ki, 5 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net