“Elnur “Eurovision”da birinci olacaq” – Tanınmış bəstəkar
Tarix: 16-03-2015, 11:59 |
Çap et
“Azərbaycan bu il də “Eurovision”da birinci yerin sahibi olacaq”.
Bu sözləri AzVision.az-a açıqlamasında Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov bildirib.
Elnur Hüseynovun yenidən “Eurovision” yarışmasında Azərbaycanı təmsil etməsinə münasibət bildirən bəstəkar qeyd edib ki, bu, ölkəmizin növbəti uğurudur:
“Mən ilk gündən “Eurovision” musiqi yarışmasının münsiflər heyətinin üzvü idim. Elnuru həmişə izləmişəm. Onun Türkiyədə uğur qazanmasına çox sevindim. O, Türkiyədə Azərbaycan estradasını layiqincə təmsil etdi. Onun ifasında Azərbaycan nəfəsləri var. Bu il də o, bizi “Eurovision” da çox gözəl təmsil edəcək. Elnuru ora göndərməklə çox düz seçim ediblər. O, ilk dəfə də həmin yarışmaya gedəndə Azərbaycanı çox gözəl təmsil etmişdi. Məsələ Elnurun neçənci yeri tutmasında deyil. O, bu dəfə də öz ifasını yarışmada çox gözəl nümayiş etdirəcək”.
Bəstəkar E. Hüseynovun “Eurovision”da ifa edəcəyi “Hour of the Wolf” mahnısından da söz açıb.
“Elnurun ifa edəcəyi mahnını çox bəyəndim. Bizım həmin yarışmada ifa ediləcək mahnımızı hər il İsveçrədən olan bəstəklar yazırlar. Bu dəfə də hər şey yaxşı olacaq. Elnurun çox gözəl səsi və mədəniyyəti var. Əsas Elnurun orda neçənci yer tutması deyil. Əsas onun gözəl ifasını nümayiş etdirməsidir”.