Səddam Hüseynin məqbərəsi dağıdıldı (Video)
Tarix: 16-03-2015, 11:56 | Çap et
Səddam Hüseynin məqbərəsi dağıdıldı (Video)
İraqın Tikrit şəhərinə nəzarət uğrunda İŞİD terror təşkilatının döyüşçüləri ilə aparılan toqquşmalar zamanı Səddam Hüseynin məqbərəsi dağıdılıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Assoşieyted Press” agentliyi yayıb.
Agentliyin məlumatına görə, dağıdılan məqbərənin yalnız sütunları qalıb. Bundan başqa isə Səddam Hüseynin əks olunduğu plakatın yerinə şiə döyüşçülərinin bayrağı və liderlərinin rəsmi asılıb.
Qeyd edək ki, martın 11-də İraq döyüşçüləri və şiə polisi İŞİD terror qruplaşmasının nəzarətində olan Tikrit şəhərinə daxil olmuşdular.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net