10 manat verib həbs olundular - Bakıda
Tarix: 14-03-2015, 17:40 |
Çap et
Bakıda yanacaq doldurma məntəqəsinə saxta pul əskinazı verən şəxslər saxlanılıb.
Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, martın 12-də Yasamal rayonu ərazisində yerləşən “Murad Petrol” yanacaqdoldurma məntəqəsinə “Mersedes” markalı avtomobildə gələn Bakı sakini Orxan Məmmədov və Yevlax sakini Müşfiq Hüseynov yanacaq doldurduqdan sonra növbə rəisi Rac Dadaşova 1 ədəd 10 manatlıq saxta əskinaz verib.
Onlar həmin ərazidən uzaqlaşmaq istəyərkən Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 28-ci PB-yə təhvil verilib.
Polis faktla bağlı araşdırmalara başlayıb.