Sumqayıt şəhərində 2-ci mikrorayon ərazisində fiziki şəxs Rəsulov Vüqar Vilayət oğluna məxsus istehsal sexində kecirilən reyd zamanı toyuq ətindən çiy dönər ətinin istehsal edildiyi müəyyən olunub. Xeberle.com-un məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsinin nümayəndələri tərəfindən istehsal sahəsində keçirilən monitorinq zamanı dönər ətinin hazırlanmasına qədər bütün proseslərin antisanitar şəraitdə, eləcə də standartın tələb və normalarından kənar həyata keçirildiyi müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti dayandırılıb. İnzibati xəta haqqında protokol tərtib olunub. Bu cür reydlərin davam etdirilməsi nəzərdə tutulur.