Sabir Rüstəmxanlı: “Qurultaydan öncə heç nə planlaşdırmırıq”
Tarix: 14-03-2015, 16:38 | Çap et
Sabir Rüstəmxanlı: “Qurultaydan öncə heç nə planlaşdırmırıq”
“Dünya Azərbaycanlıları Konqresinin (DAK) qurultayında hər hansı yenilklərin olacağı barədə heç bir fikrim yoxdur. Çünki qurultaydan öncə heç nə planlaşdırmırıq. Gedişatda bütün məsələlər aydın olacaq və öz həllini tapacaq”. Bu fikirləri SİA-ya millət vəkili, DAK-ın həmsədri Sabir Rüstəmxanlı qurumun aprel ayında keçiriləcək 13-cü qurultayının heç də sakit keçməyəcəyi və dəyişikliklərin olacağı ətrafında dolaşan fikirlərlə bağlı açıqlama verərkən deyib.

DAK qurultayla bağlı səslənən fikiləri əhəmiyyətsiz hesab edib: "Bütün bunlar ictimaiyyətin diqqətini başqa istiqamətlərə yönəltməkdən başqa heç nə deyil. Qurultaydan sonra hər bir məsələ açıq şəkildə cəmiyyətə təqdim ediləcək. Amma hələlik bununla bağlı heç nə demək istəməzdim”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net