Xalq artisti: "Dişimlə bağlı narahatlığım var"
Tarix: 14-03-2015, 16:22 | Çap et
Xalq artisti: "Dişimlə bağlı narahatlığım var"
Xalq artisti Firəngiz Mütəllimova Türkiyədən müayinədən qayıdıb
Vertikal.az axşam.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl beynindən əməliyyat olunan aktrisa səhhətinin yaxşı olduğunu bildirib.

"Star life"a açıqlama verən F.Mütəllimova indi də dişlərində problem yarandığını deyib:

"Getdim, Türkiyədə yoxlandım. Səhhətim qaydasındadır. Bircə dişimlə bağlı narahatlığım var. O da tezliklə həll olunacaq. Ondan sonra Akademik Milli Dram Teatrının səhnəsində sevənlərimin görüşünə gələcəm. Çoxdandır yeni tamaşada yer almıram. Gözəl pyes götürüb, oynayacam.

Film, serial təklifləri almışam. Filmə çəkilmək istəyirdim, amma Bakıda olmadım, alınmadı. Serial təkliflərini qəbul etmirəm. Bir aktyorun iki-üç serialda görünməsini sevmirəm. Bu, həm tamaşaçı, həm də aktyorun özü üçün maraqsızdır. "Bacanaqlar"da çəkilirəm, bəsimdir".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net