Nazirə korrupsiya məktubu - ŞİKAYƏT
Tarix: 14-03-2015, 16:16 |
Çap et
Göyçay rayonu sakini Tia.az-a müraciət edib.
Rayonun Cəyirli kəndi sakini Rahim Feyzullayev tərəfindən daxil olan məktubda ölkə başçısından və ədliyyə nazirindən kömək istənilir.
Məktub müəllifi yazır ki, mətbuatda Göyçay rayon İcra Qrupunun qanunsuzluğu ilə tanış olub: “Göyçay Rayon İcra Qrupunun səriştəsizliyindən, qanunsuzluğundan bizim ailə də əziyyət çəkir. Hətta bu barədə Göyçay rayon Regional ədliyyə şöbəsinə etdiyimiz şikayətlərə də baxılmır.
Göyçay Rayon Aqrar İslahatlar Komissiyasının 28 avqust 1998-ci il tarixli 1 nömrəli qərarı ilə bizim ailəyə verilmiş 0,68 hektar torpaq sahəsi başqa şəxslərə qanunsuz olaraq satılıb.
Uzun müddətli məhkəmə çəkişmələrindən sonra həmin torpağımızın zəbt olunması təsdiq edimiş, özümüzə qaytarılmasına dair Şəki İnzibati-İqdisadi Məhkəməsi 25.11.2014-cü il tarixdə Qərar çıxarıb”.
R.Feyzullayev qeyd edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 25.11.2014-cü il tarixli qərarı qanunu qüvvəsini almasına və icraya verilməsinə baxmayaraq, Göyçay rayon İcra Qrupu məhkəmə qərarını qanunsuz olaraq icra etmir:
“Çünki qarşı tərəfdən pul alıb. Məhkəmə qətnaməsini icra etmirlər. Mətbuat vasitəsi ilə Fikrət Məmmədovdan xahiş edirik ki, Göyçay Rayon İcra Qrupu barədə tədbirlər görəsiniz”.