Belqrad ətrafında xəstə uşağı daşıyan vertolyot qəzaya uğrayıb
Tarix: 14-03-2015, 16:14 | Çap et
Belqrad ətrafında xəstə uşağı daşıyan vertolyot qəzaya uğrayıb
Serbiyada xəstə uşağı müalicə üçün paytaxt Belqrada aparan "Mi-17" hərbi vertolyotu qəzaya uğrayıb.

SalamNews-un BBC-yə istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.

Məlumata əsasən, qəza Belqrad ətrafındakı Surçin rayonunda baş verib. Göyərtədə yeddi nəfər olub: dörd heyət üzvü, körpə və onu müşayiət edən iki tibb işçisi. Onların hamısının öldüyü ehtimal olunur.

Körpəni xəstəxanaya daşıyan təcili tibbi yardım avtomobili sürüşmə nəticəsində ilişib qaldığı üçün vertolyot beşgünlük körpənin xilası əməliyyatına cəlb edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net