Tatarıstanda matəm elan olundu
Tarix: 14-03-2015, 16:11 | Çap et
Tatarıstanda matəm elan olundu
Kazanın Kirov rayonundakı "Admiral" ticarət mərkəzində yanğında ölənlərlə bağlı martın 14-də Tatarıstan Respublikasında matəm elan olunub.

ANS PRESS-in məlumatına görə, hadisə zamanı 15 insan həlak olub, daha 19 nəfər dağıntılar altında qalıb, onlarla insan xəsarət alıb.

Kazanın hüquq-mühafizə orqanları ticarət mərkəzinin icarədarı olan Hüseyn Qəhrəmanovu iki ay müddətinə həbs edib. İstintaq onu yanğın zamanı öz malını xilas etməyə çalışanların, eləcə də alıcıların təhlükəsizliyini təmin etməməkdə təqsirləndirir.

İstintaq zamanı Qəhrəman Hüseynovun 2013-cü ildə aparılan yoxlamalar zamanı yanğından mühafizə qaydalarının pozulmasının aşkarlandığını, amma bu pozuntuların aradan qaldırılmadığını etiraf etdiyi bildirilir. ​

Tatarıstan paytaxtı Kazanın Kirov rayonundakı "Admiral" ticarət mərkəzində yanğın zamanı 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Xatırladaq ki, martın 11-də baş verən hadisə ilə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Andrey Radıqin bildirib ki, hadisəyə səbəb kimi ticarət mərkəzindəki kafe əməkdaşlarının yanlış hərəkətləri olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net