“Facebook” məşhur axtarış sistemini alır
Tarix: 14-03-2015, 11:31 | Çap et
“Facebook” məşhur axtarış sistemini alır
Dünyanın populyar sosial şəbəkə nəhəngi olan "Facebook”un "TheFind” şoppinq axtarış sistemini aldığı bildirilir.

Şirkət rəhbərləri arasında sövdələşmə sərtləri hələlik açıqlanmasa da müqavilənin yaxın bir neçə həftə içərisində imzalanacağı vurğulanır. Eləcə də müəyyən mağazalardakı malları tapmaqda köməklik edən "TheFind”ın bağlanması ilə əməkdaşlarının bəziləri "Facebook”da fəaliyyətini davam etdirəcək. Axtarış sisteminin bundan sonra sosial şəbəkənin reklam servislərinin təkmilləşməsinə dəstək üçün işlədiləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, media nəhəngi olan "Facebook” virtual aləmin ən öndə gedən sayt və proqramlarını satın alaraq, bir növ öz rəqiblərini azaldır. Şirkət bundan əvvəl, mobil istifadəçilərin ən çox istifadə etdiyi "WhatsApp” messencerini, eləcə də foto və video paylaşımı üçün yaradılan "Instagram” platformasını yüksək məbləğdə satın alıb.

2004-cü ildən bəri fəaliyyət göstərən "Facebook" şəbəkəsi hazırda istifadəçilərinin sayının daha da artırması yollarını aramaqdadır. 1,38 milyard "Facebook” istifadəçisinin təxminən 600 milyonu Facebook şəbəkəsinə mobil cihazlar vasitəsilə daxil olur./anspress.com/





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net