"Azadlıq" radiosundakı vergi yoxlamalarına dair MÜZAKİRƏ
Tarix: 14-03-2015, 11:12 | Çap et
"Azadlıq" radiosundakı vergi yoxlamalarına dair MÜZAKİRƏ
Vergilər nazirinin birinci müavini Natiq Əmirov ABŞ Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimblin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüşdə “Azadlıq Radiosu”nun Azərbaycan Respublikasındakı nümayəndəliyində aparılan vergi yoxlamaları ilə bağlı məsələlər müzakirə edilib. Yoxlamanın detalları və aşkar edilmiş nöqsanlar barəsində geniş fikir mübadiləsi aparılıb.
Sonda Cefrey Trimbl qəbula və müzakirələrə görə təşəkkürünü bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net