Azərbaycanlıların həlak olduğu yanğından yeni xəbər
Tarix: 14-03-2015, 11:01 | Çap et
Azərbaycanlıların həlak olduğu yanğından yeni xəbər
Xilasedicilər Kazanda yanmış ticarət mərkəzinin uçqunlarının altında 16-cı cəsədi aşkar ediblər.

Trend-in məlumatına görə, daha öncə 15 cəsəd tapıldığı haqda məlumat yayılmışdır. 50 nəfərdəndən çox insan yanıq və zədələr alıblar. Uçqunların altında 20-dən çox insan qaldığı ehtimal edilir.

Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib.

Binada olan 650 nəfər xilas edilib.

Faktla bağlı cinayət işi qaldırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net