Həmid Herisçini kitabxanadan qovdular
Tarix: 14-03-2015, 10:48 | Çap et
Həmid Herisçini kitabxanadan qovdular
Ötən gün ANS telekanalında yayımlanan “Şəxsiyyət vəsiqəsi” verilişinin aparıcısı, tanınmış yazıçı-jurnalist Həmid Herisçini M.F.Axundzadə adına Milli Kitabxanadan qovublar.

Vertikal.az xəbər verir ki, bu barədə Kulisə yazıçı özü məlumat verib. O, bildirib ki, verilişlə əlaqədar bir-neçə kitaba baxmaq üçün kitabxanaya gedib, bu zaman kitabxana işçilərindən biri yaxınlaşaraq ona deyib: “Direktorumuz dedi ki, sənə kitab verməyim. Sən yaxşı adam deyilsən, televizorda klassiklərimizi təhqir edirsən..."

H.Herisçi əlavə edib ki, bu sözləri çaşqınlıqla qarşıladım, çox pis oldum, ancaq buna görə məhkəməyə, yaxud başqa bir müvafiq orqana müraciət eləmək fikrim yoxdur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net