"Bacım Matan məndən də gözəl oxuyur"
Tarix: 13-03-2015, 17:48 | Çap et
"Bacım Matan məndən də gözəl oxuyur"
“Bacım Matan (Billurə - red.) məndən də gözəl oxuyur. Hətta mənə görə müğənni olmur. Deyir, ona görə oxumuram ki, mən çıxsam, sən batarsan”.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xumar Qədimova “ATV Maqazin”ə açıqlamasında deyib:
“Bacıma deyirəm ki, mənim səsim, ifam fərqlidir. Heç kim bunu batıra bilmədisə, sən də bacarmazsan. Gəl sənətə, duet oxuyaq. Matan cavab verdi: “Heç kim bacarmasa da, mən səni batıra bilərəm. Çünki mənim də səsim qeyri-adidir”. Ona cavab verməyə söz tapmadım. Həqiqətən də bacımın səsi qeyri-adidir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net