Hülya Avşar: "İt hürər, karvan keçər"
Tarix: 13-03-2015, 17:35 | Çap et
Hülya Avşar: "İt hürər, karvan keçər"
"Veda Mektubu Ankara Yazı" filmində rolu ilə bağlı Türkiyədəki ülküçülərin narazılığına səbəb olmuş aktrisa və müğənni Hülya Avşar qərarında qətidir.

Milli.Az AHT-yə istinadən bildirir ki, Türkiyədəki hərbi çevriliş zamanı edam olunmuş ülküçü Mustafa Pehlivanoğlunun həyatından bəhs edən "Veda Mektubu Ankara Yazı" filmində Hülya Avşar M.Pehlivanoğlunun anası rolunu oynayır.

Türkiyə Milliyətçi Hərəkat Partiyasının baş katibi İsmayıl Büyükataman filmdə H.Avşarın bu rolu oynamasına qəti etiraz edərək "O çəkiliş meydançasını başlarına yıxarıq, altından çıxa bilməzlər" deyib.

Bu açıqlama H.Avşarı sinirləndirib.

"Mənim rolumdan sənə nə?! Gəl, çəkiliş meydançasındayam, gözləyirəm. İt hürər, karvan keçər. Bir neçə nəfərə görə rolumdan imtina edən deyiləm", - H.Avşar bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net