Daha bir əsgərimizi itirdik
Tarix: 13-03-2015, 17:19 | Çap et
Daha bir əsgərimizi itirdik
Martın 13-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə Silahlı Qüvvələrin hərbi qulluqçusu Quliyev Orxan Vaqif oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Şəhid olmuş hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq və düşmənə vurulacaq zərbə daha da sarsıdıcı olacaq.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net