Kosta Rikalı cütlük marketdən aldıqları bananın içindən çıxan hörümçəyi görüncə şoka düşüblər.Bizimyol.info xəbər verir ki, bananın ana vətəni olan Braziliyadan Kosta-Rikaya ixrac edilən bananın içindən hörümçək çıxıb. Maria adlı qadın bananı soyarkən təbiətdə mövcüd olan ən zəhərli hörümçəyi görüb. Qadın aldığı digər meyvələri də marketə qaytarıb və insanları meyvələri yemədən öncə yuma mövzusunda xəbərdar edib.