Türkiyədə ingiltərəli qızları Suriyaya göndərən şəxs həbs edilib
Tarix: 13-03-2015, 15:28 | Çap et
Türkiyədə ingiltərəli qızları Suriyaya göndərən şəxs həbs edilib
İslamazeri.az-ın “RT”-yə istinadən verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri bəyan edib ki, 3 ingiltərəli məktəblinin Suriyaya keçməsinə yardım edən şəxs həbs edilib. Mövlud Çavuşoğlu bildirib ki, həbs edilən şəxs İŞİD-lə mübarizə aparan koalisiya ölkələrindən birinin casusudur. Qeyd edək ki, 3 ingiltərəli məktəbli- 15 yaşlı Şamima Bequm, 16 yaşlı Əmirə Abaze və 17 yaşlı Xədicə Sultana fevral ayının 17-də İngiltərədən təyyarəyə minərək Suriyaya İŞİD-ə qoşulmaq məqsədi ilə İstanbula yollanıblar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net