Rəssamlıq Akademiyasının məsul əməkdaşı Fuad Sadıqov təxribatla məşğuldur
Tarix: 13-03-2015, 13:37 | Çap et
Rəssamlıq Akademiyasının məsul əməkdaşı Fuad Sadıqov təxribatla məşğuldur
Bildiyiniz kimi, sosial şəbəkələr xarici xüsusi xidmət orqanlarının birbaşa nəzarətində olur. Hətta xüsusi yetişdirilmiş insanlar var ki, bu cür şəbəkələrdə informasiyalar toplayır, analiz edir, təxribatlar törədir. Ərəb inqilablarının baş verməsində sosial şəbəkələrin xüsusi rolu oldu. Heç bir lider olmadan Facebook sosial şəbəkəsində bəlli olmayan şəxslər tərəfindən təxribatlara çağrışlar, dövlətə qarşı kütləvi itaətsizlik, liderlərin təhqir edilməsi və sair kimi fəndlərlə insanları meydanlara toplayırdılar. Yəni demək istədiyimiz odur ki, sosial şəbəkələrdə dövlətə, onun rəhbərliyinə, millətət qarşı çıxış edənlərin heç də hamısı müxalif düşüncəli insanlar deyil.

Onlar daha çox həmin dövlətdə iğtişaşlar törətmək istəyən qüvvələrə xidmət edirlər. Bu baxımdan azərbaycanlıların istifadə etdiyi sosial şəbəkələrdə də bu cür insanlara rast gəlmək olar. Bir də baxırsan hamıdan yaxşı yaşayan, bütün günü Avropada, ABŞ-da kefdə, əyləncələrdə, istirahətdə olan bir şəxs dövlətimizi, millətimizi aşağılamaqla məşğuldur. Belə şəxslərdən birinin adını çəkə bilərik.

Fuad Sadıqov.

Kimdir bu şəxs?

Apardığımız araşdırmalar zamanı bizə məlumat verdilər ki, Fuad Sadıqov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Beynəlxalq Əlaqələr şöbəsinin müdiridir. Təxminən, 10 ildən artıqdır ki, o bu şöbəyə rəhbərlik edir. Maraqlı tərəfi də odur ki, Fuad Sadıqovun rəssamlıqla əlaqəsi yoxdur. O Akademiyanın prorektorlarından birinin ailəsilə yaxın olduğundan bu vəzifəyə təyin olunub. Bizə verilən məlumata görə, Akademiyaya qəbul olunan hər bir əcnəbi tələbə Fuad Sadıqova 2000-5000 manat pul ödəyir. Belə ki, xarici tələbələrin əksəriyyəti İran, Hindistan, Pakistan və digər şərq ölkələrindən gələnlərdir. Onları isə təhsil almaq yox, Azərbaycandakı sabitlikdən və yaxşı qazanmaq istəyindən qanuni yollarla ölkəmizdə qalmaq və işləmək maraqlandırır. Bu baxımdan həmin xarici tələbələr akademiyaya qəbul olandan sonra elə birinci kursdan Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Fuad Sadıqovla razılaşaraq dərsdən yayınmaqla müxtəlif yerlərdə qeyri-qanuni əmək fəaliyyətilə məşğul olurlar. Onların zaçot, imtahanları isə Fuad Sadıqov tərəfindən yazdırılır. Mənbənin verdiyi məlumata görə, şöbənin müəllimləri və işçiləri də işə qəbul olunarkən Fuad Sadıqova pul ödəməli olurlar. Şöbəyə işə götürülən müəllim 5000 manat, işçi isə 4000 manatından keçməlidir. Bu pulları isə o tək yemir, şərik olduğu akademiyanın kadrlar şöbəsinin müdiri İlahə Qasımzadə və rektorun köməkçisi Fatma Quliyeva ilə paylaşır. Verilən məlumata görə, elə sosial şəbəkələrdə ziyalıya yaraşmayan kobud və təhqiramiz ifadələrlə yazdığı statuslardan aydın olur ki, bu şəxs qeyri-əxlaqı həyat tərzi sürür. Onun Akademiyada təhsil alan və işləyən qızlara tez-tez sataşması, onlara qarşı əxlaqa sığmayan və seksual xarakterli davranışlara yol verməsindən məlumatı olan və bundan bezən həyat yoldaşı ondan boşanıb. Beləliklə, həm əxlaqı, həm də əqidəsi baxımından təhsil ocağında işləməyə haqqı çatmayan Fuad Sadıqov həm də dövlətə və iqtidara qarşı çıxışları ilə də məşhurdur. Onun bayaq dediyim kimi, sosial şəbəkələrdə dövlətə və rəhbərliyə qarşı yazdıqları təhqirləri oxumaq kifayətdir ki, bu şəxsin kimliyi bəlli olsun. Onun bəzi statuslarını sizin diqqətinizə çatdırıram. Yarı rus yarı azərbaycanca paylaşdığı statuslarda savadsızlıqla yanaşı, böyük tərbiyəsizlik də yer alır. Məsələn, yazır ki, "qde inkişaf, zarplata nizkiy, posle padeniye manata ctali eşe malenkimi. Ctrana polnom qavne. Rossiya to v blokade, a v Azerbaydjane poçemy tak. Potomu çto narod tut qoyunskiy. Bu da azdı bunlara". Gördüyünüz kimi, bir şəxs ki, təmsil olunduğu öz millətinə qoyun deyir, deməli, bu insanın milləti də qeyri-müəyyəndir. Onun azərbaycanlı olduğuna böyük şübhəmiz var. Digər bir statusuna diqqət edək. "Kakaoy bıl strana debilnoy, takoy i budet dalşe. Mne stıdno çto jvu takoy sytrane."

Bu və buna bənzər əksər statuslarında Fuad Sadıqov adlı şəxs milləti, dövləti təhqir etməkdən hətta söyməkdən belə çəkinmir.

Bayaq dediyim kimi, sosial şəbəkələrdə Fuad Sadıqov kimi şəxslər bu cür statuslar yazmaqla öz müxalif mövqeyini ortaya qoymur. O müxalif olsaydı, dövlətin təhsil ocağında məsul vəzifədə işləyib böyük pullar qazanmazdı. Onun məqsədi bu dövlətlə düşmənçilik edib insanları təxribata cəlb etməkdir. Dünyanın əksər şəhərlərində fotolar çəkdirən Fuad Sadıqov görəsən, xərclədiyi pulları hardan alır? 200-300 manatlıq əmək haqqı ilə o, bu cür səfərlərə çıxa bilməz. Deməli, onun qeyri-qanuni maliyyə dayaqları var ki, bu qədər pullar xərcləyib dünyanı gəzir. Gəzdiyi yerlərdə isə kimlərlə nə söhbət edir, nələrlə razlaşır onu da yazdığı statuslardan görmək olur. Bu baxımdan xaricdə kef çəkən, qızlarla eyş-işrətdə olan, dövlətimizə və rəhbərliyinə qarşı təhqirlər söyləyən bu şəxsi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası kimi bir təhsil ocağında məsul vəzifədə saxlamaq nə dərəcədə düzgündür?

Bu sualın cavabını isə qoy Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov versin. Bir də hüquq-mühafizə orqanlarının nümayəndələri də bu məsələyə reaksiya göstərsinlər. Hər halda dövlətin keşiyini onlar qoruyur. Bizim işimiz yazıb və bu cür insanları ifşa etməkdir. Gerisi sizin boynunuza.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net