“Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır: Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”
FaktXəbər-in verdiyi məlumata görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin müsahibə zamanı işlətdiyi bu sözlər gündəmə bomba kimi düşdü, bir çoxları tərəfindən ciddi qınaqla qarşılandı. “Müəllimlərə dərsdən kənar fəhləlik» təklifi sosial şəbəkə istifadəçiləri arasında da ciddi müzakirəkə mövzusu olub. Hətta bununla bağlı karikatura da hazırlanıb. FaktXəbər olaraq həmin karikaturanı Sizlərə təqdim edirik.