“Baku Medical Plaza”da qiymətlər “od tutub yanır”
Tarix: 13-03-2015, 10:12 | Çap et
“Baku Medical Plaza”da qiymətlər “od tutub yanır”
Azərbaycanda bir çox özəl klinikaların xəstələri, daha dəqiq desək, istehlakçıları aldatdığı, onların etimadından sui-istifadə etdiyi faktı hər kəsə məlumdur. Bəzi klinikalar onsuz da “at belində” olan ümumi bazar qiymətlərindən daha baha qiymətə xidmətlər təklif edərək, ehtiyacı olan xəstələri maddi sınağa çəkirlər.
Belə klinikalardan biri də “Baku Medical Plaza”dır. Paytaxtın Nəsimi və Xətai rayonlarının ərazisində filialları olan klinikada həm müayinə, həm də əməliyyat qiymətləri olduqca bahadır.
Misal üçün əksər özəl klinikalarda ümumi ultrasəs müayinəsi 35-40 manat arası olduğu halda, burada qiymətlər 50 manatadır. Təkcə böyrəklərin ultrasəs müayinəsi digər klinikalarda 20-25 manat arası olduğu halda, burada qiymətlər 30 manatdan aşağı deyil.
Eyni zamanda 40 yaşından aşağı qadınlar və kişilər üçün ümumi müayinə (CHECK-UP) digər klinikalarda 100, burada 130, sonsuzluqdan əziyyət çəkən qadınların ümumi müayinəsi digərlərində 110, burada 130, kişilərdə isə digərlərində 90 manat olduğu halda burada 110 manat təşikl edir.
“Baku Medical Plaza”da cərrahiyyə əməliyyatlarının da qiyməti bahadır və əməliyyat olunacaq xəstələr buna görə, daha artıq pul ödəməyə məcbur olurlar. Yazıdan da göründüyü kimi, burada qiymətlər digər klinikalarla müqayisədə 20-30 faiz bahadır.
Editor.az məsələyə klinikanın rəsmi mövqeyini öyrənmək istəsə də, buna nail olmayıb.
Klinikanın rəsmi mövqeyi olarsa, dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net