Bərdədə Otqay Şirəliyevin adamı insanları intihar həddinə çatdırır - şikayət
Tarix: 12-03-2015, 16:48 | Çap et
Bərdədə Otqay Şirəliyevin adamı insanları intihar həddinə çatdırır - şikayət
Sabah Xocalıdan olan köçkün İntiqam Turbəndəyev Prezident Administrasiyasının qarşısında 2 azyaşlı övladlarımla birlikdə intihar edəcək.

Bu xəbəri Avrasiya.net-ə o özü verib. Onun sözlərinə görə, illərdir xəstəxanada həkimlərin haqsızlığı ilə üzləşib, hüquqları tapdanıb. Əgər martın 12-də Prezident Administrasiyasında onu qəbul edib, hüquqlarını təmin etməsələr intihar edəcək.

Hazırda Bərdədə məskunlaşmış İntiqam Türbəndəyev dövlət başçısı Ilham Əliyevə də üz tutub.

Avrasiya.net bir müddət öncə həmin müraciəti dərc edib.

Müraciətdə deyilir:

"Həyat yoldaşımı 06.01.2013-cü il tarixində Bərdə doğum evinə apardım. Elə həmin gün mama-ginekoloq Xuraman həkim saat 23 radələrində uğursuz doğuşla uşağı anadan azad etdi. Uşağın bədəni bütovlükdə qaralamış və qarnı həddən artıq şiş olduğundan Xuraman həkim elə həmin gecə doğum şöbəsinin tibb bacısının iştirakı ilə uşağı bizə verdi ki, aparın cərraha və bir uşaq həkiminə göstərin. Atam, anam və həmin tibb bacısı uşağı əvvəlcə Bərdə rayon uşaq xəstəxanasının cərrah-həkiminə göstərdik. Cərrah həkim vəzifə borcu olmasa da iş yerinə gələrək uşağa baxıb təyinatını tibb bacısına verdi. Daha sonra isə uşaq həkiminə zəng edərək onun evinə getdik. Pediatr da körpəyə baxıb tibb bacısına təyinatını verdi. Biz körpəni doğum evinə gətirdik .Bütün bunlara baxmayaraq səhəri, 07.01.2013-cü il tarixdə Xuraman həkim uşaqda problem ola-ola səhər 9-10 radələrində ana və uşağı evə yazdı. Biz uşağı götürüb evə gəldik və axşam təxminən 21 radələrində uşaq sudurqa keçirdi. Mən uşağı götürüb Bərdə rayon uşaq xəstəxanasına qaçırdım. Növbəçi həkim səhərə qədər bütün lazımı tədbirləri gördü və uşaq 24.01.2013-cü il tarixinədək xəstəxananın reanimasiya şöbəsində beyinə qansızma diaqnozu ilə müalicə olundu. Həmin vaxtdan uşağın Bakı Nerveloji xəstəxanasında müalicəsi davam edir.

Cənab Prezident! Bunları yazmaqda məqsədim odur ki, aidiyyatı qurumlar araşdırma aparsalar da Xuraman həkimin imkanlı, arxalı olması həqiqətlərin üzə çıxmasına imkan vermir. Son qərarda bildirilir ki, uşaq doğularkən və evə buraxılarkən yaxşı vəziyyətdə olub. Əgər uşağın vəziyyəti yaxşıydısa, onda həkim yeni doğulmuş körpəni başqa həkimlərin yanına niyə göndərirdi? Sonra yazır ki, uşağı bir gün evdə saxlayıb yaxşı baxmayıblar, ona görə də uşaq pisləşib. Bərdə rayon uşaq xəstəxanasının tarixçəsində uşağın xəstəxanaya daxil olması Xuraman həkimi müdafiə məqsədi ilə 08.01.2013-cü il göstərilsə də, gündəlik qeydiyyat kitabında və sonradan xəstəxananın verdiyi arayışda həqiqətən 07.01.2013-cü il saat 20.30 radələrində daxil olması qeyd olunub. Bu faktlar birinci istintaqdan sonra aşkara çıxarılıb. Odur ki, tibbi ekspertizanın yenidən araşdırılmasına ehtiyac var.

Əslində, uşaq xəstəxanaya 07.01.2013-cu il saat 2030-21 radələrində daxil olub. Bu işi araşdıran şəxslər isə heç nəyi nəzərə olmadan bir uşağın taleyini və hüquqlarını ayaqlar altına ataraq öz şəxsi maraqlarını güdür.

Bərdə rayon prokurorluğunda araşdırma aparılsa da işə obyektiv qiymət verilməyib. Bunun da səbəbi Xuraman həkimin pullu, arxalı bir nəslin numayəndəsi olmasıdır. Prokurorluq araşdırma zamanı yalnız öz şəxsi maraqlarını üstün tutaraq Xuraman həkimin guya təqsirsiz olduğunu göstərsə də, həkimə və onunla birlikdə həmin gün gecə nöbəsində olan tibbi heyətə (cəmi 8 nəfərə ) xəstəxana rəhbərliyi tərəfindən 20.02.2013-cu il tarixdə töhmət elan olunub.Həmin gecə Xuraman həkim iş növbəsində olmayıb. Ancaq özünün xeyri uçun növbədə olmasa da doğuş keçirir. Bu faktların araşdırılması üçün tədbir görməyinizi və Bərdə rayon prokuroruna işin obyektiv araşdırılması üçün göstəriş verməyinizi xahiş edirəm. Prokurorluğun göstərdiyi kimi, uşağın beyinə qansızmasında həkimin gunahı yoxdursa, nə üçün həmin gecə nöbədə olan bütün tibbi heyətə töhmət elan olunurdu? Bundan əlavə, bir həkim də işdən azad edilirdi?Bütün bunları nəzərə alıb iki ilə yaxındır ki, pozulmuş hüquqlarımın bərpa olunması üçün mənə kömək etməyinizi xahiş edirəm. Tibbi ekspertizanın yenidən keçirilməsini və imkan daxilində istintaqın Baş Prokurorluqda aparılmasına göstəriş verməyinizi bir daha Sizdən xahiş edirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net