“AMAY Abdulla”nın obyekti necə yandı... (FOTOLAR)
Tarix: 12-03-2015, 15:19 | Çap et
“AMAY Abdulla”nın obyekti necə yandı... (FOTOLAR)
Dünən axşam saatlarında Xətai rayonu, Babək prospektində yerləşən “Dədəmin” avtoservisində güclü yanğın baş verib.

FHN-in rəsmi saytında verilən məlumatda deyilir ki, yanğın nəticəsində ümumi sahəsi 250 kv.m olan “Dədəmin” avtoservisinin yanar konstruksiyaları, orada təmirə dayanan və sahibi hələlik məlum olmayan “Nissan” markalı minik avtomobilinin yanar hissələri, “Range Rover” markalı minik avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları mağazasının yanar hissələri, həmçinin mağazada olan 2 ədəd “Suzuki” markalı və 3 ədəd “Harley Davidson” markalı motosikletlər yanıb.

Təmirə dayanmış “Range Rover” markalı avtomobilin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, “Dədəmin” avtoservisi “AMAY Abdulla” kimi tanınan iş adamı, hazırda həbsdə olan Abdulla Abdullayevin qardaşına məxsusdur. Obyektin hələ də Abdullayev qardaşlarının sərəncamında qaldığı bildirilir. Bu obyektin keçmiş işçilərindən birinin dediyinə görə, vaxtilə “AMAY Abdulla”nın qardaşı ustalarla çox kobud davranırmış və onları müxtəlif bəhanələrlə döyürmüş.

Yanan obyektin "AMAY Abdulla"ya məxsus olduğunu “Dədəmin” avtoservisinə baş çəkən müxbirimizlə söhbətlərində həmin avtoservisin qonşuluğundakı digər obyektlərin işçiləri də təsdiqləyiblər. Onlar bu obyekti ilk gündən Abdullayevlərin mülkü kimi tanıdıqlarını bildiriblər.

Adlarının çəkilməsinin istəməyən müsahiblərimiz “ola bilərmi ki, bu obyekt indi başqa şəxslərindir, məsələn, Abdullayev qardaşları onu başqasına satıb” sualına belə cavab verdilər: “Biz illərdir burada işləyirik. Bu haqda heç nə eşitməmişik. Əgər yeni sahibi olsaydı, mütləq bilərdik”.

Yanğının səbəbinə gəlincə isə onlar deyir ki, səbəb qısaqapanmadır. Belə ki, yanğın obyektin mühafizəçisinin köşkündən başlayıb. O, öz otağını elektik plitəsi ilə qızdırırmış.

Hazırda FHN əməkdaşları hadisə yerində araşdırmalarını davam etdirir. Əraziyə kənar şəxslər buraxılmır. Onu da deyək ki, FHN yanğının başvermə səbəbi ilə bağlı hələlik heç bir ehtimal açıqlamayıb.

“AMAY Abdulla” ötən ilin aprelində həbs olunub və Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Hazırda naxçıvanlı keçmiş oliqarxın məhkəmə prosesi gedir və A.Abdullayev prosesdə səs-küylü bəyanatlarla çıxış edir.


“AMAY Abdulla”nın obyekti necə yandı... (FOTOLAR)
“AMAY Abdulla”nın obyekti necə yandı... (FOTOLAR)
“AMAY Abdulla”nın obyekti necə yandı... (FOTOLAR)




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net