"Qubad bəyin fikri yoxdur, bu dəqiqdir"
Tarix: 12-03-2015, 12:26 | Çap et
"Qubad bəyin fikri yoxdur, bu dəqiqdir"
ADR parlament seçkiləri hazırlığına başlayıbmı? Qurum təxminən neçə namizədlə marafona qoşulmağı planlaşdırır?

Moderator.az bu sualla Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbərlərindən olan Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədliyə müraciət edib və aşağıdakı cavabı alıb:

"Hələlik bu haqda müzakirələr getməyib. İctimai hərəkat olduğumuz üçün mövcud qanunvericiliyə əsasən bu ad altında seçkidə iştirak edə bilməz. ADR üzvlərindən kim fərdi qaydada namizədliyini vermiş olarsa, ona da məhdudiyyət yoxdur. Bildiyim odur ki, Qubad bəyin fikri yoxdur, bu dəqiqdir. Qalanları fikir bildirməyiblər. Əslində ölkədə keçirilən seçkilərin nəticələrini dəyişmək üçün öncə seçki qanununa dəyişikliklər olunmalıdır. Məntəqə seçki komissiyalarının tərkibi dəyişilməlidir. Xalqla seçkidə təmasda olanda söylədiyi ifadələr hamıya bəllidir. Qutuya atılan bülletenlərin qutudan çıxan bülletenlərin əksi olduğu söylənilir. Şəxsən özümün marafona qoşulacağıma gəldikdə isə yalnız ölkədə seçki ərəfəsində demokratik dəyişikliklər edilsə, namizədliyimi vermək haqqında düşünərəm."





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net