Azərbaycanlı Ukraynada yüksək vəzifəyə namizəd oldu
Tarix: 1-05-2015, 13:04 | Çap et
Azərbaycanlı Ukraynada yüksək vəzifəyə namizəd oldu
Ukraynanın baş naziri Arseni Yatsenyuka Dövlət Fiskal Xidmətinin rəhbəri postuna iki nəfərin namizədliyi təqdim olunub.

Oxu.az Ukrayna KİV-nə istinadla xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Nataliya Yaresko özünün Facebook səhifəsində məlumat verib.

“Namizədlərin seçilməsi üzrə şura Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsinə Andrey Kolomiets və Roman Nəsirovun namizədliyini irəli sürüb. Müsabiqədə iştirak etmiş bütün 67 namizədə təşəkkür edirəm. Şuranın üzvlərinə xüsusi təşəkkür”, - nazir qeyd edib.

Vertikal.az xatırladır ki, Roman Nəsirov 3 mart 1979-cu ildə anadan olub. 2000-ci ildə Çerniqov Dövlət iqtisadiyyat və İdarəetmə İnstitunu «maliyyə», 2001-ci ildə isə Taras Şevçenko adına Kiyev Milli Universitetini hüquq ixtisası üzrə bitirib

Şərqi London Universitetinin (University of East London) maliyyə və beynəlxalq menecment üzrə MBA dərəcəsi var.

2005-ci ildə ABŞ Cantor Fitzgerald / BGC investisiya bankının London ofisində broker işinə düzəlib. 2008‑ci ildə Ukraynaya qayıdıb və Concorde Capital-ın qiymətli kağızlar istiqamətinə rəhbərlik edib. 2009-cu ildə "Renaissance" Kiyev filialının rəhbəri olub.

2014-cü ildən deputat seçilənə qədər "БТГ Пактуал Комодітіс (Україна)" MMC-nin direktoru işləyib.

2014-cü ildə Pyotr Poroşenkonun Bloku partiyasından VII çağırış Ukrayna Ali Radasının deputatı seçilib. Partiyanın seçki siyahısında 51-ci olub.

4 dekabr 2014-cü ildə Ali Radanın vergi və gömrük siyasəti komitəsinin sədri seçilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net