Bu gün Şeyximizi anım günüdür...
Tarix: 12-03-2015, 10:48 | Çap et
Bu gün Şeyximizi anım günüdür...
Vertikal.az xəbər verir ki, N.Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olub, bütün ömrü boyu orada yaşayıb-yaradıb. İbtidai təhsilini Gəncə mədrəsələrində alıb, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənib, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olub. Türk dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənib, 1174-cü ildə oğlu Məhəmməd anadan olub. Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlayıb. Əsərlərindən məlum olur ki, şair böyük divan yaradıb, qəzəl və qəsidələr müəllifi kimi şöhrət azanıb. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şeirlər yazıb, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şeirlərində ifadə edib. Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olub. Nizami əsərlərini fars dilində yazıb. O, türk dilində yazmamasını "Leyli və Məcnun" əsərində özünə qüsur tutmuş, sonra "Yeddi gözəl"də bu məsələyə bir daha toxunub. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmaq arzusunda olub, ancaq bu arzuya az şair çatıb. Nizami Gəncəvi 1209-cu ildə Gəncədə dünyasını dəyişib və burada torpağa tapşırılıb. Ölkədə dahi şairin yaradıcılığı həmişə dəyərləndirilib və tədqiq edilib, yubileyləri layiqincə qeyd olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net