Güneydəki braziliyalı futbolçu İrana "od qoydu" - "Yaşasın Azərbaycan"
Tarix: 12-03-2015, 09:04 | Çap et
Güneydəki braziliyalı futbolçu İrana "od qoydu" - "Yaşasın Azərbaycan"
Təbrizin "Traktor Sazi" klubunun braziliyalı futbolçusu Edinyo komandasının heyətində qol vurduqdan sonra alqışlanası bir hərəkətlə yadda qalıb.

33 yaşlı futbolçu formasının altında qeyd olunan "Yaşasın Azərbaycan" şüarını göstərməklə diqqət mərkəzinə düşüb.

"Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb. Təbriz təmsilçisi 22-ci tur çərçivəsində "Persepolis" klubunu qəbul edib. Matçın taleyini bir qol həll edib. Shahin Saghebinin matçın 62-ci dəqiqəsində vurduğu qol "Traktor Sazi" yə qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, "Traktor Sazi" 22 turdan sonra 41 xalla turnir cədvəlinin 2-cı pilləsində qərarlaşıb. /Anspress/

Güneydəki braziliyalı futbolçu İrana "od qoydu" - "Yaşasın Azərbaycan"
Güneydəki braziliyalı futbolçu İrana "od qoydu" - "Yaşasın Azərbaycan"
Güneydəki braziliyalı futbolçu İrana "od qoydu" - "Yaşasın Azərbaycan"





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net