Hakim partiya parlament seçkilərində kimlərə şans verəcək
Tarix: 11-03-2015, 16:30 | Çap et
Hakim partiya parlament seçkilərində kimlərə şans verəcək
«Hakimiyyət tərəfindən qarşıdan gələn parlament seçkilərinə ciddi tədarük görülür. 2015-ci ilin parlamenti həm də iqtidar düşərgəsinin mövcud durumunun təzahürü kimi də qəbul ediləcək. Yəni hakimiyyət ciddi dəyişikliklərə qərarlıdır». Bu ilginc məlumatı verən qaynaq iddia edir ki, növbəti parlament seçkilərində hazırki deputatların əksəriyyətinin yeni Milli Məclis heyətindən kənarda qalacağı şübhəsizdir.

Mənbənin dia.az-a söylədikləri: «Yeni Milli Məclisin tərkibinə düşə bilməyən bəzi millət vəkilləri artıq indidən təlaşdadırlar. Onlar yenidən hökumətin etimadını qazanmaları üçün hərəkətə keçiblər. Amma bundan sonra baş verəcəklər vəziyyəti az dəyişə bilər».

Artıq həlleidici qərarların verildiyini bildirən mənbə maraqlı bir açıqlamada da bulundu: «Qocaman YAP-çılardan olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev kimi şəxslərə təkrar etimad oluna bilər. Hələlik qəti qərar yoxdur. Amma həm Əli Nağıyevin və həm də AzTV-nin sabiq rəhbəri Nizami Xudiyvin təkrar etimada layiq görülmələri gözlənilir».





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net