Məzahir Pənahov Qazaxıstanda prezident seçkilərini müşahidə edəcək
Tarix: 24-04-2015, 17:03 | Çap et
Məzahir Pənahov Qazaxıstanda prezident seçkilərini müşahidə edəcək
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana yola düşüb.

MSK-dan Trend-ə verilən məlumata görə, səfərdə məqsəd aprelin 26-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etməkdir.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovun dəvətinə əsasən həyata keçirilən səfər çərçivəsində M.Pənahovun qazaxıstanlı həmkarı, eləcə də digər rəsmi şəxslərlə görüşləri, bütün sahələrdə əlaqələri genişlənən iki ölkənin seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, MSK təmsilçiləri, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tərkibində də sözügedən seçkilərin müşahidəsində iştirak edəcəklər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net