Bin Ladenin cangüdənləri həbs olundu
Tarix: 24-04-2015, 16:58 |
Çap et
İtaliya polisi Əl Qaidə terror qruplaşmasına aid olan şəxsləri ifşa etmək üçün irimiqyaslı reyd həyata keçirib.
Axar.az xəbər verir ki, İtaliyanın yeddi əyalətində təşkil edilən əməliyyat çərçivəsində 18 nəfər həbs edilib.
Yerli KİV-in məlumatına görə, həbs edilənlərdən bəziləri 2009-cu ildə Pakistanda hökumət əleyhinə hücumlarda iştirak ediblər. Onların arasında Əl Qaidə terror qruplaşmasının yaradıcısı Usamə Bin Ladenin iki cangüdəni qeydə alınıb.
Bildirək ki, terrorçular Əfqanıstan və Pakistandan immiqrantların İtaliya ərazisinə gətirilməsi ilə məşğul olublar.