İŞİD Suriyanın mərkəzində strateji bölgəni tutub
Tarix: 23-04-2015, 12:53 | Çap et
İŞİD Suriyanın mərkəzində strateji bölgəni tutub
"İslam Dövləti" (İŞİD) terror təşkilatının silahlıları Suriyanın mərkəzindəki Qələmun-Quta-Badiyə üçbücağında silah və yardım dəhlizlərinə nəzarət edən, Suriya səhrasından, Dəməşqin şərqindəki Quta bölgəsindən Homs əyaləti ərazisinə və Livan sərhədləri istiqaməti boyunca uzanan strateji Məsha qəsəbəsini tutublar.

SalamNews-un Suriya mətbuatına istinadla verdiyi xəbərə görə, İŞİD digər qruplaşmaların nəzarətində olan bu bölgəni qəfil hücumlardan və qarşı tərəfin 50-ə yaxın itki verməyindən sonra ələ keçirib.

Qeyd edək ki, bu, İŞİD-ə Livanla sərhəddəki əl-Qələmun yüksəkliklərində, Quta bölgəsində, Homs əyaləti ərazisində daha çox hücum həyata keçirməyə imkan verəcək.

İŞİD-in bu hücumundan sonra bir sıra müxalifət qruplaşmaları əks-hücuma keçməyi planlaşdırıb.

Suriyada döyüşlər İdlibin cənubunda, Dəra əyaləti ərazisində, Hələb şəhərinin rayonlarında da davam edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net