Ana Sayfa > Xəbər > İŞİD Suriyanın mərkəzində strateji bölgəni tutub
İŞİD Suriyanın mərkəzində strateji bölgəni tutub23-04-2015, 12:53. Yazar: admin |
"İslam Dövləti" (İŞİD) terror təşkilatının silahlıları Suriyanın mərkəzindəki Qələmun-Quta-Badiyə üçbücağında silah və yardım dəhlizlərinə nəzarət edən, Suriya səhrasından, Dəməşqin şərqindəki Quta bölgəsindən Homs əyaləti ərazisinə və Livan sərhədləri istiqaməti boyunca uzanan strateji Məsha qəsəbəsini tutublar. SalamNews-un Suriya mətbuatına istinadla verdiyi xəbərə görə, İŞİD digər qruplaşmaların nəzarətində olan bu bölgəni qəfil hücumlardan və qarşı tərəfin 50-ə yaxın itki verməyindən sonra ələ keçirib. Qeyd edək ki, bu, İŞİD-ə Livanla sərhəddəki əl-Qələmun yüksəkliklərində, Quta bölgəsində, Homs əyaləti ərazisində daha çox hücum həyata keçirməyə imkan verəcək. İŞİD-in bu hücumundan sonra bir sıra müxalifət qruplaşmaları əks-hücuma keçməyi planlaşdırıb. Suriyada döyüşlər İdlibin cənubunda, Dəra əyaləti ərazisində, Hələb şəhərinin rayonlarında da davam edib. Geri dön |