Bütün dünya Rusiyada baş verən bu qorxunc hadisədən danışır -VİDEO
Tarix: 21-04-2015, 11:43 | Çap et
Bütün dünya Rusiyada baş verən bu qorxunc hadisədən danışır -VİDEO
FaktXəbər-in verdiyi məlumata görə, Rusiyada yaşanan bir hadisə sosial mediada böyük müzakirələrə səbəb olub. Belə ki, əri ilə savaşan qadın yerdə yatan uşağını tapdalamaqla təhdid edir. Məlum olub ki, mübahisəyə səbəb arvadı Viktoriyanın telefonuna gələn bir mesaja olub. Bundan sonra Vyaçeslav Samoilov davaya başlayır. Bundan ən böyük zərəri isə uşaq görür: «Ana» onu kolyaskadan yerə tullayır və ayağı ilə əzəcəyi ilə hədələyir. Ailə başçısı uşağı götürmək əvəzinə baş verənləri mobil telefonun kamerasına çəkməyə başlayıb.

Davanın şahidi olan qonşu qorxunc hadisə ilə bağlı bunları deyib: «Onları bir-birləri ilə mübahisə edərkən gördüm. Sonra qadın uşağı yerə atdı və üstünü tapdalayan kimi etdi. Bundan sonra kişi bir tərəfə, qadın isə başqa bir tərəfə getdi, uşaq yerdə qaldı».

Məlum olub ki, kişi xəstəxanaya gedərək arvadı tərəfindən dəyən zərbələri qeydiyyatdan keçirmək istəyirmiş. Balaca qızcığaz isə yerdə qalıb. Tam yad insanlar təcili yardım və polis çağırıblar. Uşaq xəstəxanaya aparılıb. Xoşbəxtlikdən o zərər görməyib.

Polis istintaqa başlayıb. Uşaq hələlik anaya qaytarılıb. Lakin məhkəmədən sonra onların valideynlik hüququndan mərhum olacağı istisna deyil.







Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net