Aprelin 16-da Rusiya Prezidenti Vladimir Putinin canlı yayımda çıxışı zamanı Yelena Fadeyeva adlı vətəndaş ərini ona it almadığı üçün şikayət etmişdi.
Axar.az xəbər verir ki, Putinin arvadına it alması barədə xahişindən sonra təqaüddə olan hərbçi Boris Fadeyev yoldaşına it alıb. Yelena duyğularını belə izah edib:
“Boris əvvəlcə çaşdı və Putinin xahişinə reaksiya verə bilmədi. Daha sonra mənə də xəbər vermədən, oğlumuzla birgə çıxıb getdi və qucağında itlə qayıtdı. Adını “Qoşa” qoyduq”.
Qeyd edək ki, aprelin 16-da Yelenanın şikayətindən sonra Putin televiziya vasitəsilə təqaüddə olan hərbçiyə “Boris, nəzakətli ol və yoldaşına it al. O, ailəni gücləndirir”, - deyə, zarafat etmişdi.