Millət vəkili girovlarla bağlı çağırış etdi
Tarix: 20-04-2015, 17:12 | Çap et
Millət vəkili girovlarla bağlı çağırış etdi
Bu gün Avropa Şurası parlamenr assableyasının yaz sessiyasının ilk günündə ilk olaraq məruzəçi P.Agramundun hazırladığı “İnkişaf məruzəsi” müzakirə olunub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edərək AŞPA-nı Azərbaycanlı girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad etmələri üçün Ermənistana təzyiq etməyə çağırıb. O deyib: “ Mən cənab məruzəçinin və əziz həmkarlarım sizin diqqətinizə bir məsələni çatdıraraq bu istiqamətdə səylərinizi artırmağa çağırıram. Bilirsiniz ki, bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkə tərəfindən tanınmayan və Ermənistan tərəfindən dəstəklənən rejim tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq inşanlıqdan kənar əməllər həyata keçiriblər.

Bu günə qədər də bütün beynəlxalq çağırışlara, o cümlədən, Avropa Şurasında bir sıra həmkarlarımız tərəfindən edilən çağırışlara baxmayaraq ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də girov saxlanılırlar. Onların ailələri Parlament Assambleyasından, əziz dostlar sizdən dəstək gözləyirlər. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa və bu məsələnin də sənəddə öz əksini tapmasına çağırırıq. Ümid edirik ki, siz o insanların haqlarının pozulmaqda davam etməsinə və ailələrinin çəkdiyi əzablara biganə qalmayacaq və bu məsələdə səylərinizi daha da artıracaqsınız”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net